“İnter” Azərbaycan Kubokunun yarımfinalında “Neftçi”ni qəbul edəcək.
Sportarena.az saytına klubdan verilən məlumta görə, “bankirlər” bu oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, iki gürcü futbolçu – Aleksandr Amisulaşili və Saşa Salukvadze zədə səbəbindən ilk qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, "Neftçi" ilə "İnter" arasındakı oyun aprelin 13-də "Bakcell Arena"da keçiriləcək və saat 19:00-da start götürəcək.