İbrahimoviç Fransa ilə "müharibəyə başladı"

13:44 11 Aprel 2015

Fransanın PSJ klubunun isveçli futbolçusu Zlatan İbrahimoviç ona kəsilən 4 oyunluq cəzaya sərt münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, futbolçu baş verənlər münasibət bildirərək, “Bu cəza mənim söylədiklərimin doğru olduğunu təsdiqlədi. Artıq insanlar reallığı mənim sözlərimlə deyil, öz gözləri ilə görürlər. Futbol adına çox gülünc, peşəkarlıqdan uzaq və biabırçı qərardır. Əgər mövsümün sonunda qədər cəzalansaydım, daha çox məmnun olardım. Çünki belədə istirahətə erkən yollanacaqdım. "Bordo" ilə oyundan sonra səsləndirdiyim ifadələrdə hakimləri hədəfə almamışdım. Əgər onları təhqir etsəydim, üzr istəyərdim”. – deyə bildirib.

 

İbrahimoviç "Bordo" ilə oyundan sonra matçın hakimlərini təhqir etmiş və PSJ-nin Fransaya layiq klub olmadığını bildirmişdi. 


Digər xəbərlər

Xəbər xətti