Elbrus Məmmədov ittihamlara cavab verdi: "Onun dedikləri düz deyil"

15:20 11 Aprel 2015

“İlqar tərbiyəli və perespektivli uşaqdır. Amma, onun dedikləri düz deyil”.

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədov deyib.

 

Komandadan göndərilən İlqar Ələkbərovun “Xəzər Lənkəran” klubunu qeyri-peşəkarlıqda ittiham etdiyi barədə yazmışdıq.

Məmmədov, məsələyə münasibət bildirərək – “İlqara əvəzedicilərdə etdiyi işlərə görə təşəkkür edirəm. Amma, onda əsas heyətdə alınmadı. Təcrübəsi də bizim uşaqlardan çox idi. Ona uğurlar arzulayıram. İlqar tərbiyəli və perespektivli uşaqdır. Amma, onun dedikləri düz deyil”. – deyib.

 

Qeyd edək ki, İlqar Ələkbərovla bərabər Nurxan Məsimzadə də komandadan göndərilmişdi.


Digər xəbərlər

Xəbər xətti