"Xəzər Lənkəran" futbolçuları üçün fərdi məşq proqramı

15:29 11 Aprel 2015

Azərbaycan Premyer Liqasının 30-cu turunda istirahət edəcək “Xəzər Lənkəran” komandasının futbolçularına 5 günlük istirahət verdiyi haqqında məlumat vermişdik.

 

Komandanın baş məşqçisi Elburs Məmmədov sportarena.az saytına açıqlamasında futbolçulara istirahət zamanı 3 günlük fərdi məşq proqramları verdiyini deyib.

 

Proqram əsasında futbolçular olduqları yerdən asılı olmayaraq öz fiziki durumlarına diqqət yetirə və komandanın növbəti məşqinə qədər formalarını saxlaya bilərlər.

 

“Xəzər Lənkəran” növbəti oyununu Premyer Liqanın 31-ci turunda öz meydanında “Qəbələ”yə qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti