Türkiyədə “Fənərbaxça”ya olan silahlı hücuma görə təxirə salınan kubok matçlarının oynanılacağı tarix bəlli olub.
Sportarena.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin də şərəfini qoruduğu "Kayserispor" 1/4 finalda qarşılaşacağı "Sivasspor"la matçı aprelin 16-sı keçirəcək.
Qeyd edək ki, ilk matç 1:1 hesabı ilə nəticələnmişdi.
14 aprel
20:45 "Gənclərbirliği" - "Bursaspor"
15 aprel
21:45 "Manisaspor" - "Qalatasaray"
16 aprel
20:00 "Sivasspor" - "Kayserispor"
21:45 "Fənərbaxça" - "Mersin İdmanyurdu"