Aprelin 10-da portuqaliyalı səyahətçi Jorje Kristovao Lissabondan Bakıya yola düşüb.
Sportarena.az xəbər verir ki, o, Azərbaycanın paytaxtına iyunun 10-da və Avropa Oyunlarının başlanmasına 2 gün qalmış Portuqaliyanın milli bayramını qeyd etdiyi bir zamanda gəlib çatacaq. Jorje Kristovao Bakıya çatmaq üçün 7000 kilometr yol qət edəcək. Bura gəldikdən sonra o, Portuqaliyanın yığmasına milli bayrağı təqdim edəcək, həmin bayraq Avropa Oyunlarının açılışında istifadə ediləcək.
Səyahətçinin yolu İspaniya, Fransa, İtaliya, Türkiyə, Gürcüstandan keçəcək, Azərbaycana çatacaq. Kristovao bu ölkələrin olimpiya komitələrində olacaq.
O, Bakını iyunun 14-də tərk edəcək