ÖZƏL: AFFA qumara qoyulmuş oyunla bağlı araşdırmalara başladı

18:46 11 Aprel 2015

Azərbaycan futbol çempionatının 1-ci Dvizionuun 23-cü turunda keçirilən “Bakılı” – “Göyəzən” matçının qumara qoyulması barədə xəbərlərin yayıldığı haqqında məlumat vermişdik.

 

Sportarena.az saytının əldə etdiyi məlumata görə, AFFA artıq oyunun nəticəsinin iddialar uyğun sonuclanmasından sonra araşdırmalara başlayıb. Sabahdan hər iki klubun əvvəlcə rəhbərlik və baş məşqçilərinin, daha sonra oyunçularının dindirilməsi gözlənilir.

 

Qurumu daha çox şübhələndirən məsələ isə oyun zamanı hər iki komandanın müdafiəçilərinin adi epizodlarda səhv etməsi olub. Oyunun tam videoyazısı izlənildikdən sonra şübhəli məqamların çoxluğu diqqət çəkib.


Digər xəbərlər

Xəbər xətti