İDDİA: "Milan" İbrahimoviçə 10 milyon avro təklif edib

22:41 11 Aprel 2015

İtaliyanın “Milan” klubu Fransanın PSJ klubunun isveçli futbolçusu Zlatan İbrahimoviçlə maraqlanır.

 

Sportarena.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

İtaliyalıların ulduz futbolçu üçün ilinə 10 milyon avro təklif etdiyi deyilir.

 

Qeyd edək ki, İbrahimoviçə Fransa Liqa 1-də kəsilmiş 4 oyunluq cəza onun PSJ-ni tərk edəcəyi söhbətlərini gündəmə gətirmişdi.


Digər xəbərlər

Xəbər xətti