Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" klubu doğma meydanda "Antalyaspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Start heyətdə mərkəz müdafiəçisi kimi meydana çıxan Rail Məlikov oyunun sonuna qədər mübarizə aparıb.
Qeyd edək ki, "Dənizlispor" hazırda 21 xalla 17-ci pillədə qərarlaşıb.