Elxan Məmmədov Ceyhun Sultanovu “Neftçi”yə göndərir

00:14 12 Aprel 2015

Aprelin 9-da keçirilən “Sumqayıt” - “Bakı” oyunundan sonra meydan sahiblərinin meneceri Ceyhun Sultanovun istefa verdiyi bildirildi. 


Sultanovun istefasının səbəbləri ilə bağlı mətbuada bir neçə versiya səslənib.

 

Sportarena.az xəbər verir ki, Aut.az-ın AFFA-dakı mənbədən aldığı məlumata görə, Sultanov “Sumqayıt”dan istefa verməyib. O, AFFA-nın baş katibi Elxan Məmmədovun göstərişi ilə bu addımı atıb. Belə ki, bir müddətdən sonra Sultanov “Neftçi”də menecer kimi fəaliyyətə başlayacaq. 

 

Ceyhun Sultanov Elxan Məmmədova yaxın şəxs sayılır. “Neftçi”yə nəzarəti ələ keçirən baş katib klubun transfer siyasətinə də nəzarət etmək üçün öz adamını ora göndərmək niyyətindədi. Ceyhun Sultanovun təyinatı barədə rəsmi açıqlamanın aprelin 13-dən sonra veriləcəyi gözlənilir.

 


Digər xəbərlər

Xəbər xətti