Ruslan Qurbanovsuz "Hayduk" məğlub oldu

00:46 12 Aprel 2015

Xorvatiya çempionatında 28-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" səfərdə "İstra" ilə qarşılaşıb.

 

Matç "Hayduk"un 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ruslan bu qarşılaşmada ehtiyat oyunçular skamyasında olub.

 

Qeyd edək ki, "Hayduk" hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti