Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" səfərdə "Osmanlıspor"la qarşılaşıb. Matç qonaqların 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Cavadov sonadək ehtiyat oyunçular skamyasında oturub.
Qeyd edək ki, "Boluspor" hazırda 32 xalla 11-ci pillədə qərarlaşıb.