DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin həbs etdirdiyi oğlu Tamerlan Əsədullayevin idmançı olduğu müəyyənləşib.
Sportarena.az "Report"a istinadən xəbər verir ki, T.Əsədullayev universal döyüş növündə bir neçə dəfə Azərbaycan çempionatlarına qatılıb.
Hətta o, çempionatın mükafatçısı da olub. Mənbə T.Əsədullayevin "Senator" restoranında məcburən dava etdiyini bildirib:
"Restoran mühafizəçiləri ona söz atıblar, bu da dalaşmalı olub. Onlar 4 nəfər, bu isə tək olub".