Dünya futbolunun argentinalı canlı əfsanəsi Dieqo Maradona FİFA prezidenti Yozef Blatteri rüşvətxorluqda ittiham edib.
Sportarena.az xəbər verir ki, bu ittiham Blatterin 5-ci dəfə FIFA prezidentliyinə namizədliyi ilə əlaqədardı. Maradona açıqlamasında “Blatter böyük nüfuza malikdi. Baxmayaraq ki, o bütün ömrü boyu bir dəfə də topa toxunmayıb. İordaniya şahzadəsindən başqa heçkim onunla bacara bilməz”. – deyib.
Blatter və İordaniya şahzadəsindən başqa namizədlər arasında Luiş Fiqu və Maykl van Praq da var. FİFA prezidentliyinə seçkilər 29 mayda keçiriləcək.
Maradona artıq bir-neçə dəfə İordaniya şəhzadəsinə tərifləri ilə diqqət çəkməyi bacarıb.