Falkao gedir, Kavani gəlir

15:29 12 Aprel 2015

“Mançester Yunayted”in baş məşqçisi Lui Van Qal PSJ-nin uruqvaylı futbolçusu Edison Kavanini öz heyətinə qatmağa çalışır.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Daily Express" xəbər yayıb. 
 
 

Məlumatda bildirilir ki, son dönəmlər Mançesterdən ayrılmağı düşünən Rodamel Falkao Edison Kavani ilə əvəz oluna bilər. Kavaninin ada təmsilçisinə getməsini əngəlləyən yeganə səbəb kompensasiya üçün klubuna ödənməli olan puldur ki, Falkaoya həftəsinə 265 min avro qazandıran “qırmızı şeytanlar”ın bu kompensasiyanı da ödəyəcəyi inandırıcı görünür.

 

Qeyd edək ki, Kavani fransada həftəsinə 300 min avro qazanır.


Digər xəbərlər

Xəbər xətti