Azərbaycan idmançısı Valentin Xristov Tbilisidə keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Sportaren.az xəbər verir ki, 62 kq. çəki dərəcəsində çıxış edən Xristov ümumilikdə 295 kq-nın öhdəsindən gələrək birinci olub.
Bu çəki dərəcəsində ikinci yeri Türkiyə idmançısı, üçüncü yeri isə rumın atleti tutub.
Ağır atletika. Avropa çempionatı. Tbilisi. Gürcüstan
Kişilər. 62 kq çəki dərəcəsi
1. Valentin Xristov (Azərbaycan) — 295 kq (135 + 160).
2. Bunyami Sezer (Türkiyə) — 288 kq (134+154).
3. Florin Kroytoru (Rumıniya) — 287 kq (134+153).
4. Pavel Suxanov (Rusiya) — 283 kq (130+153).
(report)