"Rabitə" 8-ci dəfə Azərbaycan çempionu oldu

21:17 12 Aprel 2015

Azərbaycanın qadınlardan ibarət "Rabitə" voleybol klubu ardıcıl 8-ci dəfə ölkə çempionu adını qazanıb.

 

Sportarena.az xəbər verir ki, Zoran Qayiçin yetirmələri çempionatın pley-off mərhələsinin final seriyasının ikinci oyununda "Lokomotiv" üzərində 3:1 hesabı ilə qələbə qazanaraq buna nail olub.

 

Çempionatın bürünc mükafatı hər iki oyunda "Azərreyl"ə qalib gələn "Azəryol" komandası sahib çıxıb.

 

Qadınlar. Azərbaycan çempionatı

Pley-off. Final. İkinci matç

"Rabitə" (Bakı) — "Lokomotiv" (Bakı) — 3:1 (22:25, 25:20, 25:16, 25:13).

Seriyada hesab: 2-0.

 


Digər xəbərlər

Xəbər xətti