Bombardir-qapıçıdan 127-ci qol - VİDEO

21:38 12 Aprel 2015

Qapıçılar arasında qollarının sayına görə dünya rekordçusu olan Rojerio Seni yenə adından söz etdirib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı qolkiper karyerasında 127-ci qolunu vurub.

 

“San-Paulu”nun 42 yaşlı qapıçısı “Red Bull” ilə matçda ilk hissənin sonlarında cərimə zərbəsindən fərqlənib. Yekunda Seninin komandası böyükhesablı qələbə qazanıb (3:0).

 

Veteran qolkiper cari mövsümdə keçirdiyi 20 oyunda 4 dəfə rəqib qapılarına yol tapıb. Ümumilikdə isə 1204 dəfə meydana çıxan Rojerionun aktivində 127 qol var. Seni FİFA tərəfindən rəsmən ən çox qol vuran qapıçı kimi tanınıb. 2002-ci ildə Braziliya millisinin heyətində dünya çempionu olan 42 yaşlı veteran cari mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb. (publika)

 


Xəbər xətti