Ukraynanın “Metallurq” klubunda forma geyən futbolçu Pavel Paşayevin millimizdə oynamaq istəyindən xəbərdarsız. Paşayev bir müddət öncə yığmamızda iştirak etmək üçün AFFA-ya müraciət etmiş, daha sonra isə onun Ukraynanın aşağı yaş qruplarında forma geyinməsi bəzi problemlər ortaya çıxarmışdı. Həm AFFA, həm də futbolçunun özü artıq bir müddətdir ki, FİFA-nın icazəsin gözləyirlər.
FİFA-nın əsasnaməsinin 8-ci bəndinə əsasən milli komandaların aşağı yaş qruplarında çıxış etmiş futbolçuların hansı ölkənin əsas millisində çıxış edəcəyinə qrumun özü qərar verir. Qərar verilərkən, futbolçunun, əvvəl çıxış etdiyi millinin və çıxış etmək istədiyi millinin də müsbət rəyi nəzər alınır. Bu baxımdan Paşayevin millimizdə çıxış edəcəyi inandırıcı görünür. Həm də, futbolçunun Ukraynanın əsas yığmasında yalnız yoldaşlıq oyunlarında forma geyinməsi şansları maksimum həddə çatırır.
Sportarena.az saytının əldə etdiyi özəl məlumata görə Paşayevin millimizdə iştirakı FİFA tərəfindən gələn həftə təsdiqlənə bilər. Lakin, bu təsdiq onun Ukrayna millisindən ikitərəfli razılıq əsasında imtina etməsi üzərində olacaq. Futbolçunun millimizdə çıxış etməsi üçün bir qədər daha uzun zamana ehtiyac var. Çünki, futbolçu hələ də Ukrayna vətəndaşı olduğundan vacib prosedurları keçmək üçün əvvəlcə ölkəmizin vətəndaşlığını almalıdır. FİFA yalnız bundan sonra onu Azərbaycan millisində oynaması üçün təsdiq edə bilər.
Qeyd edək ki, Pavel Paşayev Ukraynanın 17, 19 və 21 yaşadək yığmalarından əlavə, əsas millisində də forma geyinib. Lakin həmin matçlar yoldaşlıq görüşlərinə təsadüf edib.