Ufuk qələbəyə sevindi, Branimir 1 dəqiqə dözə bilmədi

00:10 13 Aprel 2015

Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, tur Azərbaycan millisinin iki sabiq futbolçusunun qarşılaşması ilə əlamətdar olub.

 

Millimizin sabiq forvardı Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor" müdafəçi Ufuq Budağın çıxış etdiyi "Qaziantep BB" klubunu qəbul edib. Görüş qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Futbolçuların hər ikisi start heyətində meydana çıxıb. Ufuk Budak oyunu bitirməyi bacarıbsa, Branimir ardıcıl iki sarı vərəqə alaraq 90-cı dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb

 

Qeyd edək ki, "Qaziantep BB" hazırda 38 xalla 9-cu, "Manisaspor" isə 26 xalla 15-ci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti