Portuqaliya ikinci liqasında 38-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Atletiko" səfərdə "Farense" ilə qarşılaşıb. Matç qonaqların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Yeni baş məşqçi Amitə 90 dəqiqə şans verib.
Qeyd edək ki, "Atletiko" hazırda 35 xalla 22-ci pillədə qərarlaşıb.