19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, AFFA rəhbərliyi bu vəzifəni Nazim Süleymanova həvalə edib.
Təyinat rəsmiləşərkən, AFFA Məşqçilər Komitəsinin tövsiyəsi nəzərə alınıb.
Qeyd edək ki, Nazim Süleymanov yeni vəzifədə Nikolay Adamı əvəzələyib. Almaniyalı mütəxəssis aprelin 1-dən Hindistanın U-15 yığmasında fəaliyyətə başlayıb.