“Onun baş məşqçi təyin olunmasına qərar bu gün verildi”
Bu sözləri sportarena.az saytına açıqlamasında AFFA-nın Mətbuat Katibi Mikayıl Nərimanoğlu deyib.
Nərimanoğlu Nazim Süleymanov 19 yaşadək Milli Komandaya baş məşqçi təyin olunmasına münasibət bildirərək, “Nazim Sülymanova hələ rəsmi təklif olumayıb. Onun baş məşqçi təyin olunmasına qərar bu gün verildi. Yaxın günlərdə müqavilə və digər məsələlər barədə də razılaşmağa çalışacayıq”. – deyib.
Qeyd edək ki, hazırda Milli Komandamıza başçılıq edən Nikolay Adamın vəzifəsindən ayrılacağı gözlənilirdi.