Çempionlar Liqasında 1/4 final mərhələsinin sabah keçiriləcək iki oyunu üçün hakim təyinatları müəyyənləşib.
Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Atletiko" (Madrid) - "Real" (Madrid) matçını serbiyalı Milorad Majiçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
"Yuventus" - "Monako" qarşılaşmasına isə baş hakim qismində çexiyalı Pavel Kraloviç olacaq.
Qeyd edək ki, hər iki görüş sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.