İspaniya La Liqasının 31-ci həftəsində baş tutan matçda "Malaqa" "Atletiko Madrid"lə qarşılaşıb.
Sportarena.az xəbər verir ki, "Malaqa" ilə qarşılaşmada "Atletiko Madrid"in futbolçusu Arda Turan maraqlı driblinqi ilə yadda qalıb.
Türk futbolçu matçın 57-ci dəqiqəsində rəqib komandanın 5 futbolçusunu 5 saniyədə keçməyi bacarıb. Arda bu möhtəşəm hərəkətləri ilə bir növ İspaniyaya öz bacarıqlarını sərgiləyib.
Qeyd edək ki, zirvə yarışından qopmaq istəməyən "Atletiko" liqanın iddialı komandalarından "Malaqa" ilə səfərdə 2-2 bərabərə qalıb. Oyunda qolları Antoine Qriezman (25,78), Fernando Torres (37, (öz qapısına) və Samuel Qarsiya (71) vurub.