Azərbaycan gimnastı Ayşən Bayramova İtaliyanın Pesaro şəhərində dünya kuboku ilə yanaşı keçən bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medalını da qazanıb.
Sportarena.az xəbər verir ki, gürzlərlə çıxış edən Bayramova 3-cü yerdə tutub. 1-ci və 2-ci yerlərə isə Rusiya və Belarusdan olan gimnastlar sahib çıxıb. Zeynep Çelep isə komanda hesabında 3-cü yerin bir neçə addımlığında dayanıb.
İlin əvvəlindən başlayaraq, çətin və maraqlı çıxışları ilə bədii gimnastika sevərləri təəccübləndirən yeniyetmələrdən ibarət komandamız çoxnövçülükdə çıxışlarının nəticələrinə əsasən 5-ci yerdə qərarlaşıblar.
Dünya kubokunda Marina Durunda, Gülsüm Şəfizadə və böyüklərdən ibarət komandamız da çıxış edib. Hər 4 finala çıxmağa müvəffəq olan Marina Durunda fəxri kürsüyə çıxmağın bir neçə addımlığında dayanıb.