Bu gün Türkiyə PTT birinci liqasında 27-ci tura yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə "Alanyaspor"la qarşılaşacaq. Son oyunlarda uğurlu çıxışı ilə yadda qalan Kamranın bu günkü matçda da meydana çıxması gözlənilir. Kamran daha öncə çıxış etdiyi matçlarda sadəcə bir qol buraxıb və heç zaman meydanı məğlub tərk etməyib. O, son oyunda penaltini qaytarması ilə də yadda qalıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Kayserispor" hazırda 56 xalla turnir cədvəlinə liderlik edir.