Mirça Rednikə ad günü hədiyyəsi - VİDEO

18:41 13 Aprel 2015

Bir neçə gün əvvəl 53-yaşını qeyd edən “Xəzər Lənkəran”ın keçmiş çalışdırıcısı Mirça Rednik doğum günündə sürprizlə üzləşib.

 

Sportarena.az xəbər verir ki, baş məşqçisi olduğu “Petrolul” komandası ona ad günü münasibəti ilə gözəl hədiyyə bəxşiş edərək Rumıniya çempionatının lideri olan “Styaua”nı səfərdə məğlub edib. Matçın əsas vaxtının sonuncu dəqiqəsində “Styaua”nın qapısına vurulan qol oyunun yekun nəticəsini müəyyənləşdirib.

 


Digər xəbərlər

Xəbər xətti