George Çixradze: "Heyətdə müəyyən dəyişikliklər olacaq"

20:30 13 Aprel 2015

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyununda “Qarabağ” “Simurq”u 1-0 hesabı ilə məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, “Simurq”un baş məşqçisi George Çixradze məğlubiyyəti şərh edib:

 “Səfər oyununda qol vurmalı idik. Qol buraxmamaq bizim üçün lazım idi. Amma ilk hissədə rəqib bizi əks hücumda yaxaladı və qol vurdu. Daha sonra bizim şansımız olsa da, yararlana bilmədik. İkinci oyunu düşünməliyik. Hesab edirəm ki, cavab oyununda rəqibə daha güclü təzyiq etməliyik. Heyətdə müəyyən dəyişikliklər olacaq”.

 


Digər xəbərlər

Xəbər xətti