"Neftçi" Azərbaycan Çempionu oldu

21:49 13 Aprel 2015

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, "Neftçi" İdman Klubu İctimai Birliyinin komandası bütün rəqiblərindən üstün oyun nümayiş etdirərək Azərbaycan çempionu adını qazanıb. Son turda "Neftçi" əsl əzmkarlıq göstərərək "Binəqədi" klubunu məğlub edib.Respublika Voleybol Mərkəzində təşkil edilən mükafatlandırma mərkəzində "Neftçi"nin üzvlərinə qızıl medallar və çempionluq kuboku təqdim olunub."Binəqədi" klubuna gümüş, Hərbi Akademiyanın voleybolçularına isə bürünc medallar verilib.

 

Azərbaycan Super Liqasının çempionu "Neftçi" klubunun baş məşqçisi Elçin Orucov qələbə sevincini bizimlə bölüşüb: "Neftçi" dalbadal 7-ci dəfədir ki, Azərbaycan çempionu adını qazanır. Bu qələbə münasibətilə bütün neftçiləri, "Neftçi" İdman Klubu İctimai Birliyinin rəhbərliyini və işçilərini, bizə hər zaman dəstək olan azarkeşlərimizi təbrik edirəm. Əlbəttə ki, bu kuboku qazanmağımızda onların da payı çoxdur. Voleybolçularımız əsl əzmkarlıq nümayiş etdirdilər. "Binəqədi" və "Nəqliyyat" komandalarına qarşı çətin oyunlarımız olsa da, bu görüşləri qalib başa vuraraq çempion olduq. "Neftçi"nin 6 üzvü milli komandanın heyətində çıxış edir. İnanıram ki, milli voleybolçularımız beynəlxalq yarışlarda da ölkəmizin idman şərəfini uca tutacaqlar".


Digər xəbərlər

Xəbər xətti