Elvin Məmmədov: “Mənə qarşı aşkar kobudluq vardı”

11:15 14 Aprel 2015

“Mənə qarşı aşkar kobudluq vardı”

 

Bu sözləri sportarena.az saytına “İnter” klubunun futbolçusu Elvin Məmmədov deyib.

Məmmədov dünən “Neftçi” ilə keçirilən Kubok oyunundakı penalti verilməyən epizoda münasibət bildirərək, “Hakim o qədər də aralıda deyildi. Topu rəqibdan yayındırdım və məni yıxdılar. Deyim ki, hər kəsin görə biləcəyi bir kobudluq idi. Top bizdən çox aralıda idi. Mənə qarşı aşkar kobudluq vardı. Amma, hakim susdu”. – deyib.

 

Qeyd edək ki, qarşılaşmada “Neftçi” “İnter”i 2:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti