"Mənə inanacaqsız, yoxsa UEFA-ya? Biz heç vaxt danışılmış oyun iştirakçısı olmamışıq. Mənim və komandamın başı uca, vicdanımız təmizdir".
Sportarena.az xəbər verir ki, bu sözləri dünən ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilmiş "Qarabağ" - "Simurq" matçından sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Çalışdırıcı Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Bakı" ilə keçirdikləri oyunun nəticəsinin (1:1) UEFA tərəfindən şübhəli qəbul edilməsini doğru saymır: "Futbolda belə nəticələr olur. Ona görə də şübhələri boş vermək lazımdır".