"Qarabağ" Zaqatalaya "köçür"

11:31 14 Aprel 2015

"Qarabağ" Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində "Simurq"la səfərdə keçirəcəyi qarşılaşmadan sonra Bakıya qayıtmaya bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov “Simurq”la kubok matçından sonra danışıb.
 

Qurbanov bildirib ki, aprelin 17-də Premyer Liqa çərçivəsində keçiriləcək oyundan sonra paytaxta qayıtmamaq və kubok qarşılaşmasınadək Zaqatalada qalmaq barədə düşündüklərini bildirib: "Bilirsiz ki, aprelin 21-də "Simurq"la kubokun yarımfinalının cavab oyunu olacaq. Aprelin 17-dəki oyundan sonra Bakıya qayıdıb, kubokdan bir gün əvvəl yenidən Zaqatalaya getmək futbolçularda yorğunluq yarada bilər. Buna görə də, kubok matçınadək Zaqatalada qalmağı düşünürük. Bu məsələ ilə bağlı yekun qərarı sabah verəcəyik".

 


Digər xəbərlər

Xəbər xətti