“İstefa ərizəmi klub prezidenti qəbul etmədi”
Bu sözləri sportarena.az saytına açıqlamasında “Sumqayıt” klubunun baş meneceri Ceyhun Sultanov deyib.
Sultanov “Neftçi”yə keçəyi barədə şayələrə aydınlıq gətirərək, “Hazırda Sumqayıtdayam və işimi davam etdirirəm. Klubdan getmək istəyirdim. İstefa ərizəmi klub prezidenti qəbul etmədi” – deyib.
Soltanov klubdan getmək istəməsinin səbələrini də izah edib.
“Son 12 oyunda qələbə qazana bilməməyimiz mənə pis təsir etdi. Öz işlərimlə də bağlı stresli və əsəbi idim. Buna görə getmək istəyirdim”. – deyə Sultanov bildirib.