"Neftçi"nin futbolçusu gecə klubunda - FOTO

13:31 14 Aprel 2015

Yaşa dolduqca atalarımızın bu məsələləri boşuna işlətmədiyinin hər gün, hətta hər saat şahidi oluruq. Bizim futbolçularımızın əksəriyyəti də bu məsələyə sözbəsöz uyurlar. Çünki müəyyən nəticələr əldə edib, heyətdə özlərinə yer etdikdən sonra özlərini atın üzərindəki cəngavər kimi hiss edirlər. Sonrası isə Allah kərimdir. 

 

Sportarena.az milli.az-a istinadən xəbər verir ki, "qayda"ları pozan bu dəfə "Neftçi"nin gənc futbolçusu Elvin Yunuszadədir. 22 yaşlı gənc müdafiəçi göstərdiyi yaxşı oyunu ilə qazandığı uğuru lazımsız hərəkətlərinə qurban verir. Yunuszadə karyera düşünməkdən diskoteka-bar düşünür, əyləncə arxasınca qaçır. Elvinin sosial şəbəkələrdə gecə klublarından paylaşdığı foto-videolar bir xeyli izləyicinin etirazı ilə qarşılandı. Sabah oyununun olduğunu bildirənlər kim, bu tip şeylərin onun xeyrinə olmadığını bildirənlər kim. 

 

Həmin fotoları diqqətinzə çatdırırıq:


Digər xəbərlər

Xəbər xətti