"Xəzər Lənkəran" 1000 manat cərimələndi

14:27 14 Aprel 2015

İntizam Komitəsinin bu gün iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Premyer Liqa klublarına aşağıdakı cəzalar kəsilib:

 

 “Xəzər Lənkəran” – “Neftçi” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 33-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 63 №-li futbolçusu Alfred Sankoh ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.

 

 “Qəbələ” – “Simurq” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

 “Sumqayıt” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub


Digər xəbərlər

Xəbər xətti