İntizam Komitəsinin bu gün iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda 1-ci Dvizion klublarına aşağıdakı cəzalar kəsilib:
“Şahdağ” – “Şuşa-Qarabağ” matçında “Şuşa Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 79-cu dəqiqəsində “Şuşa Qarabağ” klubunun 19 №-li futbolçusu Khirstopher Nkanşah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində “Turan Tovuz” klubunun 6 №-li futbolçusu Emin Mirzəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
“Şəmkir” – “Rəvan” matçında “Şəmkir” və “Rəvan” klublarının 5 futbolçularının sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub
Oyunun 76-cı dəqiqəsində “Rəvan” klubunun 15 №-li futbolçusu Aslan Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
Oyunun 81-ci dəqiqəsində “Rəvan” klubunun 1 №-li futbolçusu Aydın Bayramov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
“Bakılı” – “Göyəzən” matçının 78-ci dəqiqəsində “Bakılı” klubunun 17 №-li futbolçusu Rasim Daşdəmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunub.