Böyükağa Hacıyev "Neftçi"nin "danışılmış oyun" şayələrinə aydınlıq gətirdi - AÇIQLAMA

14:32 14 Aprel 2015

“Mən “Çixura” ilə oyuna görə əsas heyətdən 8 futbolçunu “Araz Naxçıvan”la oyuna göndərmədim və özüm də həmin oyunda olmadım”.

 

Bu sözləri sportarena.az saytına açıqlamasında Böyükağa Hacıyev deyib.

 

Hacıyev, “Space” kanalında dediyi sözlərlə bağlı yayılan məlumatların təhrif olunduğunu bildirib.

“Mən futbolçulara deməmişəm ki, gedib “Araz Naxçıvan”a uduzun. Mən “Çixura” ilə oyuna görə (Gürcüstan klubu ilə Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki oyun nəzərdə tutulur – red) əsas heyətdən 8 futbolçunu “Araz Naxçıvan”la oyuna göndərmədim və özüm də həmin oyunda olmadım. Səfərdə “Çixura” ilə oyunda 3:2 qələbə də qazandıq. Demək istədim odur ki, Avropa Liqasındakı oyuna görə oyunçularımı qorumuşam. Başqa söhbətlər yalandır”.

 

Qeyd edək ki, Böyükağa Hacıyevin “Space” kanalında verdiyi açıqlamalar zamanı bu mövsüm Premyer Liqanın ilk turunda keçirilən “Araz Naxçıvan” – “Neftçi” oyununda qəsdən komandasını uduzdurduğu ilə bağlı danışdığı şayələri yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti