15 yaşadək futbolçulardan ibarət “Neftçi” klub uğurlu çıxışını davam etdirir.
Sportarena.az xəbər verir ki, baş məşqçi Adil Mahmudovun gəlişindən sonra məğlubiyyətin nə olduğunu bilməyən komanda ard-arda 12-ci qələbəsini qazanıb.
“Neftçi” bu dəfə ilk dövrədə öz meydanında 0:3 məğlub olduğu “Əlincə” klubundan məğlubiyyətin əvəzini səfərdə elə eyni hesabla çıxıb. Məmmədov Məhəməd iki dəfə, Bəşir Aylanov isə bir dəfə rəqibi məyus edib.
Bu qələbə ilə “Neftçi” klubu 3-cü yerdəki yerini möhkəmləndirib. Hazırda komandanın aktivində 46 xalı var.