“Xəzər Lənkəran” klubunun hansı ölkələrin futbol çempionatlarından oyunçu transfer edəcəyi məlum olub.
Sportarena.az saytına açıqlamasında lənkəranlıların baş məşqçisi buna aydınlıq gətirib.
“Mali, Qana və Portuqaliya çempionatlarından oyunçu gətirmək fikrindəyik. Nümayəndələrimiz onların oyunlarını izləyəcək və sonda onların transferi barədə məsələ aydınlaşacaq” –deyə Elbrus Məmmədov deyib.
Qeyd edək ki, “Xəzər Lənkəran artıq Ukraynalı futbolçu Andrey Saxneviçi baxışa çağırıb.