RƏSMİ: "Fənərbağça"lı futbolçu "Dinamo"ya keçir?

00:34 15 Aprel 2015

Moskva "Dinamo"sunun İdman Direktoru Quram Acoyev "Fənərbağça"nın forvardı Musa Sounun keçidi ilə bağlı şayələrə aydınlıq gətirib.

 

Sportarena.az xəbər verir ki, Acoyev Türkiyə mətbuatında seneqallı hücumçu ilə maraqlandıqlarına dair yayılan xəbərləri yalanlayıb.

"Türk mətbuatı kimisə "Dinamo"ya calamağa həvəslidir. Gah Emenikeni, gah da Musa Sounu. Guya böyük məbləğdə pul təklif etmişik. Uydurmadır, axı biz heç onunla maraqlanmamışıq", - deyə klub rəsmisi bildirib.

 


Digər xəbərlər

Xəbər xətti