“Portuqaliyadakı uğursuz çıxışdan sonra bu turnirdə çempion olmaq istəyirdik”
Bu sözləri sportarena.az saytına açıqlamasında 16 yaşadək futbolçulardan ibarət Azərbaycan Milli Komandasının və “Xəzər Lənkəran” klubunun futbolçusu İbrahim Qədirov deyib.
Qədirov UEFA-nın inkişaf turnirində qalib olmuş Millimizin oyunu barədə fikirlərini bizimlə bölüşərək, “Hiss olunurdu ki, oyunumuzda artım var. Portuqaliyadakı uğursuz çıxışdan sonra bu turnirdə çempion olmaq istəyirdik. Qazaxıstanı çıxmaq şərti ilə Gürcüstan və Yunanıstan güclü rəqiblər idi. Bu turniri unudum daha ciddi yarışlara hazırlıq haqqında düşünməliyik”. – deyib.
Qeyd edək ki, Milli Komandamız sözügedən yarışda Qazaxıstan, Gürcüstan və Yunanıstan üzərində qələbə qazanaraq qalib olmuşdu.