Məqsəd İsayev Almaniyada əməliyyat olunub

12:57 15 Aprel 2015

"Neftçi" PFK-nın müdafiəçisi Məqsəd İsayev Türkiyədə tibbi yoxlanışdan keçdikdən sonra, Almaniyaya yollanaraq orada əməliyyat olunub.

 

Sportarena.az xəbər verir ki, futbolçunun menisk nahiyyəsində aparılan əməliyyat uğurla nəticələnib. Hazırda müalicəsini davam etdirən futbolçu 4 gündən sonra komandanın düşərgəsinə qoşulacaq.

 

Məqsəd İsayev U-21 yığma komandasının heyətində "Qarabağ" klubu ilə keçirilmiş yoxlama oyununda zədələndiyindən, onun əməliyyat və müalicə xərclərini məcburi şəkildə AFFA ödəyib.

 


Digər xəbərlər

Xəbər xətti