Rəşad Eyyubov: "Hər iki cəbhədə sona qədər mübarizə aparmalıyıq"

13:23 15 Aprel 2015

““Qarabağ”la ardıcıl üç dəfə qarşılaşmağımızın problem yaradacağını düşünmürəm”

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Simurq” klubunun futbolçusu Rəşad Eyyubov deyib.

 

“Qarabağ”la başa çatan Kubok oyunu ilə bərabər (1:0), Premyer Liqanın növbəti turunda keçiriləcək qarşılamaya münasibət bildirən futbolçu, “Çətin qarşılaşma oldu. Düşünürəm ki, hələ heç nə həll olunmayıb. Minimal hesablı məğlubiyyət bizim növbəti mərhələ şanslarımızı saxlayır. “Qarabağ”la ardıcıl üç dəfə qarşılaşmağımızın problem yaradacağını düşünmürəm. Hər iki cəbhədə sona qədər mübarizə aparmalıq” – deyib.

 

Qeyd edək ki, “Simurq” Premyer Liqanın 30-cu turunda Zaqatala Şəhər Stadionunda “Qarabağ”ı qəbul edəcək. Qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.


Digər xəbərlər

Xəbər xətti