Qaradağ rayon İH rəhbəri üçün mühüm təyinat.
Sportarena.az xəbər verirk ki, Qaradağ rayon İcra Hakimiyyəti rəhbəri, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) icra komitəsinin üzvü Süleyman Mikayılov yeni vəzifəyə təyin edilib.
O, Avropa Boks Konfederasiyasının (EUBC) İcra komitəsinin tərkibinə seçilib. Seçkilər İtaliyada Təşkilatın Baş Assambleyasının gedişatında keçirilib.