Millimizin üzvü Mahir Şükürov şərəfini qoruduğu birinci divizion təmsilçisi "Karşıyaka"dan ayrılıb.
Sportarena.az Türkiyənin “Yeni əsr” qəzetinə istinadən xəbər verir ki, o, Türkiyə klubu ilə müqaviləni birtərəfli qaydada ləğv edərək İzmiri tərk edib.
Məsələ ilə əlaqədar klub rəhbərliyinin şikayət edəcəyi bildirilib.
Qeyd edək ki, M.Şükürov Malta ilə “Avro-2016”nın seçmə oyunundan sonra Azərbaycan millisinin düşərgəsindən "Karşıyaka"ya nəzərdə tutudulduğun 3 gün gec qayıtdığı üçün baş məşqçi Ayhan Akman tərəfindən əsas komandadan kənarlaşdırılmışdı. M.Şükürov xarici pasportunda boş səhifə qalmadığı üçün Türkiyəyə gec qayıtdığını bildirib. (qol)