"Bakı"nın iki futbolçusu "Lans"da çıxış edəcək

14:41 15 Aprel 2015

"Bakı"nın iki futbolçusu Fransanın "Lans" klubuna transfer olunacaq.

 

Sportarena.az xəbər verir ki, bunları Mahir Mədətovla Ülvi Süleymanovdur.

 

Onlar mövsümün sonunda paytaxt klubundan ayrılacaqlar. Buna səbəb hər iki oyunçunun Fransa təmsilçisindən təklif almasıdır.

 

Qeyd edək ki, Ülvi ilə Mahir vaxtilə "Lans"ın U-19 komandasında çıxış edib. Bundan sonra isə onlar sözügedən komandanın əvəzedici heyətində yer alacaqlar.

 

Mədətovla Süleymanovun iyun ayında Fransaya yola düşməsi gözlənilir. (azerisport)

 


Digər xəbərlər

Xəbər xətti