"Qarabağ" bu gün Zaqatalaya yola düşür.
Sportarena.az xəbər verir ki, Premyer Liqanın XXX turunda "Simurq"un qonağı olacaq komanda Zaqatalaya yollanıb. Aprelin 17-sində baş tutacaq qarşılaşmadan sonra komanda yenə də ölkənin şimalında qalacaq. Belə ki, ağdamlılar Aprelin 21-də yenə də "Simurq"la üz-üzə gəlməli olacaq. Bu dəfə ölkə kubokunun yarım-finalıda.
Bakıya qayıtmayacaq komanda kubok qarşılaşmasına da Zaqatalada hazırlaşacaq. “Qarabağ” bununla da paytaxtı 1 həftəlik tərk edəcəyini söyləmək olar.
Qeyd edək ki, çempionat çərçivəsində baş tutacaq qarşılaşma saat 18:00-da baş tutacaq.