“Shamkir Chess 2015” turniri üçün bütün hazırlıq işləri başa çatıb

15:30 15 Aprel 2015

Aprelin 16-dan 26-dək keçiriləcək, beynəlxalq qrossmeyster, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” super turniri üçün bütün hazırlıq işləri başa çatıb.

 

Sportarena.az xəbər verir ki, şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionu Vişvanatan Anand artıq Şəmkirdədirlər.

 

Xatırladaq ki, mötəbər yarışda dünyanın aparıcı qrossmeysterləri Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik, Fabiano Karuana, Aniş Giri, Uesli Sou, Maksim Vaşye-Laqrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov mübarizə aparacaqlar.

 

Tədbir Şəmkirdəki Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Super-turniri www.shamkirchess.az veb-səhifəsindən birbaşa izləmək mümkündür. Bütün oyunlar Azərbaycan, rus və inglis dillərində şərh olunacaq.

 

“Synergy Group”un təşkilatçılığı ilə keçiriləcək turnirin açılış mərasimi aprelin 16-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Yarışın ilk turu isə aprelin 17-də saat 15.00-da start götürəcək. (azertag)

 


Digər xəbərlər

Xəbər xətti