Millimizin ev oyununun vaxtı bəlli oldu

16:15 15 Aprel 2015

Avropa Çempionatının təsnifat mərhələsində çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan Milli Komandasının ev oyununun vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, komandamız Slovakiya yığmas ilə mayın 23-də qarşılaşacaq. Voleybol Mərkəzində baş tutacaq görüş saat 18:00-da start götüəcək. Qarşılaşmanı türkiyəli İlhami Şənyurt və ukraynalı Alim Batyuk idarə edəcəklər. Cavab oyunu isə bir neçə gün sonra Slovakiyada keçiriləcək.

 

Qeyd edək ki, yığmamız bir neçə gün sonra toplanışa başlayacaq. Komandamız aprelin 19-da Antalyaya yola düşəcək. Türkiyədəki təlim-məşq toplanışı mayın 3-dək davam edəcək.

 


Digər xəbərlər

Xəbər xətti